CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: qətl

15:36 26.09.2026

Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası

76

Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir. Crossmedia.az-a bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında qeyd olunub. Bildirilib ki, son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur. "İki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsini təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndiririk.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR