30 il sonra YENİ İDDİA ortaya çıxdı: P. Diddy Tupakın qətlində ittiham oluna bilər
Amerikalı reper P. Diddy-nin 1996-cı ildə Tupak Şakurun qətlində mümkün roluna görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “The Daily Telegraph” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tupak Şakurun qətli ilə bağlı məhkəmə prosesi təxminən 30 ildən sonra yenidən başlayıb. Hazırda iş üzrə təqsirləndirilən şəxs Duayn “Keffe D” Devisdir. O, qətlin təşkilində ittiham olunur və özünü təqsirli bilməyib.
Devis daha əvvəl P. Diddinin qətlin sifarişçisi olduğunu iddia edib. Onun sözlərinə görə, reper Tupak Şakuru öldürmək üçün 1 milyon dollar təklif edib. Lakin bu iddia hazırda təsdiqlənmiş fakt kimi təqdim edilmir.
Tupak Şakur 1996-cı ildə Las-Veqasda avtomobildən açılan atəş nəticəsində ağır yaralanmış və altı gün sonra xəstəxanada vəfat etmişdi.
12:38 20.08.2026
Oxunuş sayı: 49