Rusiyada dəhşətli hadisə: Atasını öldürən yeniyetmə zorakılıqdan danışdı
Ussuriyskdə 37 yaşlı kişi evində ölü tapılıb, onun 14 yaşlı oğlu isə atasını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Primorsk diyarının prokurorluğu “Lenta.ru”ya məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 7-də Pestel döngəsində yerləşən fərdi yaşayış evində baş verib. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qəsdən adam öldürmə”) üzrə araşdırılır və istintaq prokurorluğun nəzarətindədir.
İstintaqın ilkin versiyasına əsasən, yeniyetmə yatmaqda olan atasına bıçaqla xəsarət yetirib. Hadisədən sonra qorxan yeniyetmə özü polisə və qohumlarına məlumat verib.
Yerli “Primpress.ru” nəşrinin məlumatına görə, bundan əvvəl kişi oğlunu elektrik qızdırıcısının şnuru ilə döyüb və onun barmağını sındırıb. Daha sonra üzr istəyərək yatmağa gedib.
Yeniyetmənin istintaqa verdiyi ifadədə atasının onu və anasını mütəmadi olaraq döydüyünü bildirdiyi qeyd olunur. O, bu zorakılığa son qoymaq istədiyini deyib.
İstintaqın məlumatına görə, yeniyetmə atasının yatmasını gözləyib və daha sonra ona bıçaqla zərbə endirib. Hadisənin bütün halları araşdırılır.
11:41 08.09.2026
Oxunuş sayı: 49