Ərdoğan xarici işlər nazirlərini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən R4+E3 Xarici İşlər Nazirləri Toplantısı üçün ölkəyə gələn bir sıra xarici işlər nazirlərini qəbul edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi saytı bu barədə məlumat yayıb.
Qəbul Prezident Administrasiyasının Dolmabahçe İş Ofisində baş tutub. Görüş zamanı Ərdoğan qonaq ölkələrin xarici işlər nazirləri ilə söhbət edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Almaniyanın xarici işlər naziri Yohann Vadeful, Fransanın xarici işlər naziri Jan-Noel Barro, İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iştirak ediblər.
23:15 23.10.2026
Oxunuş sayı: 52