Hamı diqqətli olsun — Britaniyada fövqəladə xəbərdarlıq siqnalı verilib
Böyük Britaniyanın Baş naziri Endi Börnham İngiltərə və Uelsdə milyonlarla insana göndərilən fövqəladə xəbərdarlıq mesajları ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Börnham bildirib ki, xəbərdarlığın göndərilməsi tələbi birbaşa yanğınsöndürmə və xilasetmə xidmətlərindən gəlib.
“Bu axşam İngiltərə və Uelsdə insanlara fövqəladə xəbərdarlıq göndərilib. Buna səbəb meşə yanğınları riskinin hələ də çox yüksək olmasıdır. Bu tələb birbaşa yanğınsöndürmə və xilasetmə xidmətləri tərəfindən irəli sürülüb”, – deyə baş nazir bildirib.
O qeyd edib ki, bu gün Stourbridge bölgəsində olub və yanğınların insanların evlərinə və həyatlarına vurduğu dağıdıcı təsirin şahidi olub.
“Hazırda əsas prioritetimiz hər kəsin təhlükəsizliyini təmin etmək və yeni yanğınların başlamasının qarşısını almaqdır. Bu həddindən artıq isti hava şəraitində hər kəsi daha diqqətli olmağa çağırıram”, – Börnham vurğulayıb.
23:32 14.08.2026
Oxunuş sayı: 37