utinin nümayəndəsi Vaşinqtonda olduğunu təsdiqlədi
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Vaşinqtonda olduğunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Dmitriyev bu barədə “Instagram” hesabında paylaşım edib.
O, Vaşinqton küçələrində çəkilmiş fotosunu paylaşaraq onun üzərinə “Vaşinqton” sözünü yazıb. Dmitriyev paylaşımını Rusiyanın “Kino” qrupunun “Dalshe deystvovat budem my” (“Bundan sonra biz hərəkət edəcəyik”) mahnısı ilə müşayiət edib.
Bundan əvvəl TASS mənbələrə istinadən Dmitriyevin sentyabrın 28-də Vaşinqtonda ABŞ rəsmiləri ilə Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı bir neçə görüş keçirdiyini yazıb.
22:52 29.09.2026
Oxunuş sayı: 43