İstanbulda güclü yağış yağdı: Evləri su basdı
İstanbulda əvvəlki gün başlayan və fasilələrlə davam edən güclü yağış şəhərin müxtəlif ərazilərində gündəlik həyatı çətinləşdirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu”agentliyi bu barədə məlumat yayıb.
Güclü yağış nəticəsində küçə və prospektlərdə su yığılıb, bəzi yeraltı keçidlər, evlər və iş yerləri su altında qalıb.
Su basması səbəbindən şəhərin bəzi hissələrində nəqliyyatın hərəkətində problemlər yaranıb. Sürücülər su ilə örtülən yollarda avtomobillərini ehtiyatla idarə ediblər.
21:17 29.09.2026
Oxunuş sayı: 43