Tramp: ABŞ və Çin İranın nüvə silahına sahib olmasını istəmir
ABŞ və Çin Hörmüz boğazından enerji daşımalarının təmin edilməsində və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında ortaq maraqlara malikdir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“İstər ABŞ, istərsə də Çin Hörmüz boğazından enerji resurslarının daşınmasının təmin edilməsində və İranın nüvə silahına sahib olmamasında maraqlıdır. Hər iki ölkə bu məsələlərə böyük əhəmiyyət verir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti bununla Vaşinqton və Pekinin enerji təhlükəsizliyi və İranın nüvə proqramı məsələlərində ortaq maraqlarının olduğunu ifadə edib.
10:54 19.11.2026
Oxunuş sayı: 42