Nazir: Hədəfimiz sahibkarı cərimələmək deyil
Hədəf sahibkarı cərimələmək deyil, ona riski vaxtından əvvəl görməyə və həmin təhlükəni zamanında aradan qaldırmaqda yardımçı olmaqdır.
Crossmedia.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dövlət-biznes əməkdaşlığı forumu"nda səsləndirib.
Onun sözlərinə görə, hazırda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti yalnız pozuntuların üzə çıxarılması və məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə məhdudlaşmamalıdır:
"Müasir nəzarət modeli rəqəmsal vasitələrdən yararlanmaqla preventiv yanaşmanın genişləndirilməsini, risklərin qabaqcadan təyin edilərək dəyərləndirilməsini və onların mənşəyinin ləğv edilməsini tələb edir. Biz də bu sahədə özümüzü təkcə nəzarət orqanı kimi deyil, sosial dialoqun inkişafını təmin edən, işəgötürənlər və həmkarlar ittifaqları ilə birgə fəaliyyət göstərən, biznesə metodoloji dəstək verən və pozuntuların nəticələrindən daha çox onların yaranma səbəblərinin qarşısını almağa çalışan tərəfdaş kimi qəbul edirik. Başqa sözlə, hədəfimiz sahibkarı cərimələmək deyil, ona riski vaxtından əvvəl görməyə və həmin təhlükəni zamanında aradan qaldırmaqda yardımçı olmaqdır".(Report)
10:45 19.11.2026
Oxunuş sayı: 37