CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: casus proqram

15:19 28.09.2026

Jurnalist casus proqramı ilə izlənildiyini açıqladı

47

Yunan jurnalist və keçmiş Avropa Parlamentinin üzvünün telefonu Pegasusla izlənilib Crossmedia.az xəbər verir ki, Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, jurnalist və keçmiş Avropa Parlamentinin (AP) üzvü Stelios Kuloglu İsrail mənşəli Pegasus casus proqramı ilə izlənildiyi iddiası ilə hüquqi proses başladıb. Kuloglu bildirib ki, 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər istifadə etdiyi telefon Pegasus proqramı vasitəsilə hədəfə alınıb. O, həmin dövrdə Pegasus və digər oxşar casus proqramların istifadəsini araşdıran Avropa Parlamenti Komitəsində ehtiyat üzv kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, telefonundakı casus proqram Kanada Toronto Universitetinin nəzdində fəaliyyət göstərən Citizen Lab kibertəhlükəsizlik araşdırma qrupu tərəfindən aparılan analiz nəticəsində aşkarlanıb. Kuloglu qeyd edib ki, proqram vasitəsilə telefonundakı yazışmalar, əlaqə məlumatları, fotolar, təqvim qeydləri, sənədlər və məkan məlumatları daxil olmaqla müxtəlif şəxsi məlumatlara çıxış əldə edilib. O, həmçinin casus proqramın istənilən vaxt telefon kamerasını aktivləşdirmək imkanına malik olduğunu bildirib. Citizen Lab-in yaydığı hesabatda Kuloglunun telefonunun 2022-ci ilin oktyabrı ilə 2023-cü ilin martı arasında ən azı üç dəfə Pegasus tərəfindən ələ keçirildiyi iddia edilib. Pegasus İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış casus proqramdır. Proqramın müxtəlif ölkələrdə jurnalistlər, siyasətçilər və digər şəxslərin izlənməsi məqsədilə istifadə edildiyi barədə məlumatlar yayılıb. NSO Group ABŞ-ın sanksiya siyahısında yer alır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR