CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: asılılıq

01:42 28.09.2026

Ağrını azaldır, amma riski artırır? Kratom barədə ekspertlərdən ciddi xəbərdarlıq

57

ABŞ-da ağrı və digər sağlamlıq problemləri üçün istifadə edilən kratom adlı bitki məhsulu ilə bağlı narahatlıqlar artır. Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, Vaşinqton ştatında yaşayan 58 yaşlı təqaüdçü ağac kəsən Ceffri Diver dörd ildir xroniki omba və diz ağrılarını azaltmaq üçün kratomdan istifadə edir. Diver bildirib ki, həkimlərdən nəticə ala bilmədiyi və əməliyyat gözlədiyi dövrdə bu məhsulu kəşf edib. Onun sözlərinə görə, kratom qəbul etdikdən sonra ağrıları azalıb və gündəlik fəaliyyətlərini davam etdirə bilib. Kratom Cənub-Şərqi Asiyada, xüsusilə Tayland, Malayziya və İndoneziyada yetişən ağacdan əldə edilən bitki məhsuludur. Ənənəvi olaraq stimullaşdırıcı təsiri üçün istifadə edilib. Məhsul son illərdə ABŞ-da populyarlaşıb və adətən həb, toz və ya maye formasında satılır. Lakin kratom ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən federal səviyyədə tənzimlənmir. Ekspertlər bildirirlər ki, tənzimləmənin olmaması məhsulun tərkibi və təhlükəsiz dozası ilə bağlı qeyri-müəyyənlik yaradır. Opioidə bənzər təsir göstərə bilər Mütəxəssislərin sözlərinə görə, kratomun tərkibində opioid təsirinə bənzər maddələr mövcuddur. Aşağı dozada stimullaşdırıcı təsir göstərə biləcəyi, yüksək dozada isə eyforiya, halüsinasiyalar və ciddi yan təsirlər yarada biləcəyi qeyd olunur. Ekspertlər yüksək dozaların mərkəzi sinir sisteminə təsir edərək nəfəsalma problemləri və ürək-damar fəsadları yarada biləcəyini bildirirlər. Asılılıq mütəxəssisləri isə bəzi istifadəçilərdə kratomdan asılılıq yarana biləcəyini, zamanla eyni təsiri əldə etmək üçün daha çox qəbul etməyə ehtiyac yarandığını qeyd edirlər. Bəzi ölkələrdə qadağandır Kratom ABŞ-da bütün ərazilərdə qadağan edilməyib, lakin bəzi ştatlarda istifadəsinə məhdudiyyət qoyulub. Ekspertlər kratomun təhlükəsizliyi ilə bağlı əsas problemin məhsulların federal səviyyədə nəzarətsiz satılması olduğunu vurğulayırlar. Beynəlxalq səviyyədə isə kratomun hüquqi statusu ölkədən ölkəyə dəyişir. Məsələn, Böyük Britaniyada və bəzi digər ölkələrdə onun istifadəsi qadağan edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR