Azərbaycan Rusiyaya 731 MİLYON DOLLARLIQ...
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 15 % artaraq 390,6 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 78,8 % artaraq 328,05 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 34,8 % artaraq 251,6 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
11:18 17.08.2026
Oxunuş sayı: 47