Ukraynaya yeni silah pulu: Milyardlarla avro hansı məqsədlərə xərclənəcək?
Avropa Komissiyası 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq proqram çərçivəsində bu il Ukraynaya silah alınması məqsədilə əlavə 19,5 milyard avro köçürməyi planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balazs Uyvari bildirib.
Ukraynalı jurnalistin ayrılan vəsaitin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına istifadə edilə biləcəyi ilə bağlı sualına Uyvari birbaşa cavab verməyib.
O qeyd edib ki, Ukrayna döyüş meydanındakı vəziyyəti qiymətləndirir, ehtiyaclarını müəyyənləşdirir və bu əsasda tələb olunan silah və avadanlıqlar üzrə planlar təqdim edir.
22:42 13.08.2026
Oxunuş sayı: 45