Müharibədə yeni diplomatik gediş: Ukraynadan Rusiyaya çağırış
Ukrayna Rusiyaya Qara dənizdə mülki hədəflərə hücumların dayandırılması ilə bağlı təklif göndərib.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-in məlumatına görə, təklif üçüncü tərəf vasitəsilə Rusiyaya çatdırılıb.
Moskva isə hələlik bu təşəbbüsə rəsmi cavab verməyib.
Məlumata əsasən, Kiyev bu addımla Qara dənizdə mülki infrastrukturun və obyektlərin təhlükəsizliyinin artırılmasını hədəfləyir.
21:30 13.08.2026
Oxunuş sayı: 44