Polşada ABŞ və Ukrayna vətəndaşına sui-qəsd hazırlığında şübhəli saxlanılıb
Polşada avqustun əvvəlində Rusiya vətəndaşlığı olduğu iddia edilən bir kişi ABŞ və Ukrayna vətəndaşına qarşı sui-qəsd hazırlığında şübhəli bilinərək saxlanılıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
Tusk bildirib ki, saxlanılan şəxslə bağlı araşdırma aparılır. Hadisənin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, son illərdə Avropa İttifaqına üzv ölkələrin hakimiyyət orqanları müxtəlif hadisələrdə Rusiyanın mümkün iştirakına dair iddialar irəli sürüblər.
19:50 13.08.2026
Oxunuş sayı: 40