CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: vətəndaş

13:01 28.09.2026

Ukraynada həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

56

Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində müvafiq konsulluq yardımı göstərilir. Bunu Crossmedia.az- açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Ayxan Hacızadə bildirib ki, 27 sentyabr tarixində saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. “Həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə o əlavə edib. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabındakı paylaşımında Kiyevə hücum nəticəsində bir Azərbaycan vətəndaşının həlak olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya bütün gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib. Xarkovda çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində ikinci və dördüncü mərtəbələr qismən dağılıb. 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Zelenski bildirib ki, Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirilib, Jitomir vilayətində isə dondurma istehsalı zavoduna ziyan dəyib. Sumi, Rivne, Xarkov və Odessa vilayətlərində də yaşayış binalarına zərbələr qeydə alınıb. Vinnitsa, Dnepropetrovsk, Xmelnitski və Zaporojye vilayətlərində kritik əhəmiyyətli infrastruktura ziyan dəyib. “Hazırda onlarla yaralı barədə məlumat var. Təkcə Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Təəssüf ki, ölənlər də var. Kiyev vilayətində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Ukrayna Prezidenti bildirib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR