İrandan Azərbaycana qanunsuz keçmək istəyən 3 Əfqanıstan vətəndaşı saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə Crossmedia.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
17:51 27.10.2026
Oxunuş sayı: 61