ABŞ və Kanada gömrük rüsumlarının azaldılması üçün danışıqlar aparır
ABŞ və Kanada polad və avtomobil idxalına tətbiq edilən gömrük rüsumlarının azaldılması ilə bağlı razılaşma əldə etməyə çalışırlar.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, tərəflər noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl razılığa gəlmək imkanlarını müzakirə edirlər.
Danışıqlar Kanadadan idxal edilən polada tətbiq olunan 50 faizə qədər, avtomobillərə isə 25 faizlik gömrük rüsumlarının yumşaldılmasını əhatə edir.
Mənbələrin məlumatına görə, ABŞ administrasiyası razılaşmanın əldə olunması üçün Kanadadan əlavə güzəştlər tələb edir.
Danışıqlara ABŞ-ın ticarət naziri Hovard Latnik və Kanadanın ABŞ-la ticarət məsələləri üzrə naziri Dominik Leblan rəhbərlik edirlər.
Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin maraqlarına uyğun razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında avqust ayında aparılan ticarət danışıqları fikir ayrılıqları səbəbindən nəticəsiz qalıb.
Hazırkı müzakirələrdə razılaşmanın seçkilərdən əvvəl əldə olunması mümkün hesab edilsə də, tərəflər arasında yekun razılıq hələ əldə edilməyib.
16:29 27.10.2026
Oxunuş sayı: 56