Müctəba Xamenei: Şərtlərimiz yerinə yetirilməlidir
İranın ali rəhbəri Müctəba Xamenei ölkəsinin irəli sürdüyü şərtlər yerinə yetirilmədən müharibənin başa çatmasını və mövcud qeyri-müəyyən vəziyyətin aradan qaldırılmasını mümkün hesab etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyi bu barədə məlumat yayıb.
Müctəba Xamenei İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşündə ölkəsinin təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə toxunub.
O, müharibənin dayandırılması və hazırkı “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulması üçün İranın şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
İranın ali rəhbəri Hörmüz boğazına nəzarətin davam etdirilməsini, milli birliyin qorunmasını və qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsini əsas prioritetlər sırasında göstərib.
Xamenei ölkənin milli təhlükəsizliyinin təmin edilməsinin və regionda sabitliyin qorunmasının əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Hörmüz boğazının statusu və burada gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər İranla ABŞ arasında davam edən fikir ayrılıqlarının əsas mövzularındandır.
16:31 27.10.2026
Oxunuş sayı: 53