Norveçin Baş naziri: Rusiya Əbu-Dabi görüşünə ciddi hazırlaşır
Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Moskvanın Əbu-Dabidə keçiriləcək danışıqlara ciddi hazırlaşdığı qənaətinə gəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Störe bu barədə Putinlə telefon danışığını şərh edərkən açıqlama verib.
Norveçin Baş nazirinin sözlərinə görə, Rusiya Prezidenti ilə telefon danışığı 90 dəqiqə davam edib.
Störe bildirib ki, söhbətdən sonra onda Moskvanın Əbu-Dabidə planlaşdırılan görüşə hərtərəfli hazırlaşdığı barədə təəssürat yaranıb.
17:10 27.10.2026
Oxunuş sayı: 46