Pezeşkian: ABŞ və İsrailin hərəkətləri dünya iqtisadiyyatını təhdid edir
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı həyata keçirdiyi hərbi və iqtisadi tədbirlərin qlobal iqtisadiyyat üçün təhlükə yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Məsud Pezeşkian bu barədə açıqlamasında bəyan edib.
İran Prezidenti “iqtisadi terrorizm” adlandırdığı siyasətin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İrana qarşı hücumlar və dəniz blokadası dünya enerji bazarlarında qeyri-sabitliyin yaranmasına səbəb olub.
Pezeşkian bildirib ki, bu addımlar təkcə İranın iqtisadiyyatına deyil, beynəlxalq enerji təhlükəsizliyinə və qlobal iqtisadi münasibətlərə də mənfi təsir göstərir.
İran Prezidenti ABŞ və İsrailin
17:39 27.10.2026
Oxunuş sayı: 55