Rusiyalı xokkeyçi NHL-də günün əsas ulduzu seçilib
“Kalqari Fleyms” klubunun rusiyalı hücumçusu Matvey Qridin Milli Hokkey Liqasında (NHL) günün birinci ulduzu seçilib.
Crossmedia.az xəbər verir ki, NHL-in rəsmi saytı bu barədə məlumat yayıb.
Qridin komandasının doğma meydanda “Toronto Meypl Lifs”i 5:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə edib.
Rusiyalı hokkeyçi NHL karyerasında ilk dəfə bir oyunda iki qol vurmağa nail olub. O, həmçinin ilk dəfə bir qarşılaşmada üç xal toplayıb.
Qridin cari mövsümdə keçirdiyi 11 oyunda 8 xal qazanıb. Onun hesabında 4 qol və 4 məhsuldar ötürmə var.
Qeyd edək ki, “Kalqari Fleyms” bu qələbə ilə ardıcıl dördüncü oyununda qalib gəlib.
17:58 27.10.2026
Oxunuş sayı: 56