Azərbaycan millisi UEFA turnirini qələbə ilə başa vurdu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Bu barədə Crossmedia.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.
Xatırladaq ki, Azərbaycanın U-15 millisi turnirdəki ilk matçında Latviyaya 0:3, ikinci görüşündə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.
12:20 27.10.2026
Oxunuş sayı: 72