Tramp Avropadakı miqrasiya vəziyyətini sərt tənqid edib
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin miqrasiya sahəsində ciddi problemlərlə üzləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Ağ Evin jurnalistlər qrupuna istinadən məlumat yayıb.
Tramp Missisipi ştatından Vaşinqtona qayıdarkən Avropa ölkələrində keçirilən etiraz aksiyaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Bu, məni narahat etmir. Bu, miqrasiya problemidir. Onların çox böyük problemi var. Bunun qarşısını çoxdan almalı idilər. Mən onların hər birini tanıyıram”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp bundan əvvəl də Avropa ölkələrini miqrasiya siyasətini sərtləşdirməyə çağırıb. O, Avropanın mövcud yanaşmasını dəyişməsinin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti, həmçinin Avropanın yaxın gələcəkdə öz inkişaf istiqamətini müəyyənləşdirməli olduğunu, əks halda Vaşinqtonun münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.
TASS-ın məlumatına görə, bəzi amerikalı müşahidəçilər Trampın əvvəlki açıqlamalarını ABŞ-nin gələcəkdə NATO-dan çıxmaq ehtimalına işarə kimi qiymətləndiriblər.
11:42 27.10.2026
Oxunuş sayı: 50