Dmitriyev: Avropa sülh məsələsində ABŞ-dən nümunə götürməlidir
Avropa İttifaqı və Böyük Britaniya rəsmiləri münaqişələrin sülh yolu ilə həlli və humanitar yanaşma məsələlərində ABŞ Prezidenti Donald Trampdan nümunə götürə bilərlər.
Crossmedia.az xəbər verir ki, Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bu barədə “X” sosial şəbəkəsində bildirib.
Dmitriyev Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri ətrafında atəşkəs rejiminin tətbiqinə münasibət bildirib.
“Prezident Donald Tramp və onun komandası humanitar yanaşmanın və sülhyaratma səylərinin müharibəni qızışdırmaqdan üstün tutulmasında israrlıdır. Avropa İttifaqı və Böyük Britaniya rəsmilərinin bu yanaşmadan öyrənəcəyi çox şey var”, – deyə o qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan Xerson istiqamətində humanitar əməliyyata hazırlıq məqsədilə atəşin dayandırılması rejimi tətbiq edilib.
Bundan əvvəl, oktyabrın 23-də Ağ Ev Rusiya və Ukraynanın Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki şəxslərin təxliyəsinə şərait yaradılması məqsədilə müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Razılaşmaya əsasən, humanitar əməliyyat zamanı Rusiya və Ukrayna nümayəndələrinin fəaliyyətini ABŞ-dən olan müstəqil media təşkilatı müşayiət edərək sənədləşdirəcək.
11:39 27.10.2026
Oxunuş sayı: 56