Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı yay aylarında əldə olunan atəşkəs razılaşmasını vaxt itkisi hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Missisipi ştatında Konqresə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp İranla hərbi qarşıdurmanın başlanmasına toxunaraq ABŞ-nin başqa seçim imkanının olmadığını iddia edib.
“Bunu çoxdan etmək lazım idi. Hazırda baş verənlər isə tezliklə başa çatacaq”, – deyə o bildirib.
ABŞ Prezidenti yay aylarında əldə olunan müvəqqəti atəşkəs razılaşmasından narazı qaldığını da açıqlayıb.
“Biz qısa müddətli atəşkəsə razılaşdıq. Bu, mənim o qədər də xoşuma gəlmirdi. Mən bunu vaxt itkisi hesab edirdim”, – deyə Tramp vurğulayıb.
O, atəşkəs dövründə bəzi gəmilərin Hörmüz boğazından keçməsinə icazə verildiyini xatırladıb.
“Biz bir neçə gəminin keçməsinə imkan yaratdıq. Yaxşı niyyət göstərmək istəyirdik, amma bildiyimə görə, bu da vaxt itkisi oldu”, – deyə ABŞ lideri əlavə edib.
12:02 27.10.2026
Oxunuş sayı: 64