Prezident: İkinci Qarabağ müharibəsi və anti-terror tədbirləri ilə Azərbaycan işğala son qoydu
2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə isə anti-terror tədbirləri ilə Azərbaycan işğala son qoydu.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Prezident bildirib ki, bununla da Azərbaycan öz suverenliyini tam bərpa edib:
"Bütün bunların hamısı beynəlxalq hüquq normaları əsasında həyata keçirilib. Bundan sonra biz Ermənistana sülh təklif etdik, bu da dünyada görünməyən bir hadisə idi. Çünki biz bu gün müharibələrin tarixinə baxsaq, ən azı iki il tələb olunurdu ki, qanlı toqquşmadan sonra ölkələr sülhə gəlsinlər. Ötən ilin yayını götürsək, görərik ki, biz Ermənistanla sülh sazişinin bağlanmasının təşəbbüskarı kimi çıxış edərək, müharibənin daimi qalmasını, qisas alınmasını istəmədik. Çünki biz qisası döyüş meydanında aldıq, bundan sonra digər mərhələyə keçmədik, əgər belə olsaydı, bu, daimi müharibəyə gətirib çxıarardı".
10:25 27.10.2026
Oxunuş sayı: 46