Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Crossmedia.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı qurumla UNESCO arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib. Turizm əhəmiyyətli mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irs obyektlərinin qorunması və dayanıqlı idarə olunması, İpək Yolları Proqramı çərçivəsində birgə təşəbbüslər, dayanıqlı turizmin inkişafı, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi çərçivəsində əməkdaşlıq və qastronomiya turizminin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə mədəni irs obyektlərinin qorunmasının, tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
10:58 27.10.2026
Oxunuş sayı: 46