"Qəbələ" və "Sumqayıt" Azərbaycan Kubokunda növbəti mərhələyə adladılar
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.
II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.
Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.
Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.
18:51 27.10.2026
Oxunuş sayı: 57