Norveçin Baş naziri: Rusiya Əbu-Dabi görüşünə ciddi hazırlaşır
Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Moskvanın Əbu-Dabidə keçiriləcək görüşə ciddi hazırlaşdığı qənaətinə gəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Störe bu barədə Putinlə telefon danışığını şərh edərkən açıqlama verib.
Norveçin Baş nazirinin sözlərinə görə, Rusiya Prezidenti ilə telefon danışığı 90 dəqiqə davam edib.
Störe qeyd edib ki, söhbət zamanı onda Rusiya tərəfinin Əbu-Dabidə planlaşdırılan danışıqlara hərtərəfli hazırlaşdığı barədə təəssürat yaranıb.
Xatırladaq ki, oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Vladimir Putinlə telefon danışığı aparıblar.
Danışıqlarda Ukraynadakı müharibənin başa çatdırılması və Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan görüş məsələlərinə toxunulub.
17:31 27.10.2026
Oxunuş sayı: 82