Mbappe Çin xalqından üzr istəyib
İspaniyanın “Real Madrid” klubunun fransalı futbolçusu Kilian Mbappe Çin lideri Mao Tszedunla bağlı satirik görüntüyə dair fikirlərinə görə üzr istəyib.
Crossmedia.az xəbər verir ki, futbolçunun açıqlaması Çin mediasında yaranan qalmaqaldan sonra yayılıb.
Mbappe sözlərinin yersiz olduğunu etiraf edərək Çin xalqının hisslərinə toxunduğuna görə təəssüfləndiyini bildirib.
Qeyd edək ki, qalmaqala futbolçunun Mao Tszedunun təsviri əsasında hazırlanmış satirik internet şəkli haqqında səsləndirdiyi fikirlər səbəb olub.
Bundan sonra Çinin dövlət televiziyası CCTV İspaniya La Liqasının və Mbappenin iştirak etdiyi qarşılaşmaların yayımını dayandırıb.
La Liqanın prezidenti Xavyer Tebas da hadisə ilə bağlı üzrxahlıq edib.
16:27 27.10.2026
Oxunuş sayı: 53