Hörmüz boğazı yaxınlığında neft tankeri minaya düşərək yanıb
Hörmüz boğazının şərqində neft tankeri dəniz minasına düşərək alovlanıb.
Crossmedia.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri bu barədə məlumat yayıb.
İran tərəfinin açıqlamasına əsasən, tanker izləmə və naviqasiya sistemlərini söndürərək hərəkətin məhdudlaşdırıldığı əraziyə daxil olmağa cəhd edib.
Bildirilib ki, gəmi mina ilə təmas nəticəsində zədələnib və yanğın baş verib.
İran Hərbi Dəniz Qüvvələri bölgədə gəmilərin hərəkətinin nəzarətdə saxlanıldığını və təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Hadisə ilə əlaqədar tankerin adı, hansı ölkəyə məxsus olduğu, ekipaj üzvlərinin vəziyyəti və mümkün itkilər barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Hörmüz boğazı ətrafında son həftələr gəmilərin mina ilə toqquşması və yanğın hadisələri barədə bir neçə məlumat yayılıb.
16:54 27.10.2026
Oxunuş sayı: 55