Ben-Qvir: İsrail HƏMAS təhlükəsi ilə barışa bilməz
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS-ın ölkəsi üçün ciddi təhlükə yaratdığını və İsrailin bu vəziyyətlə barışa bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” nəşri bu barədə məlumat yayıb.
Ben-Qvir müsahibəsində HƏMAS-ın İsrail sərhədlərində mövcudluğunu qəbuledilməz hesab etdiyini vurğulayıb.
“Ölkənizin sərhədində sizi məhv etmək, sizi və körpələrinizi öldürmək istəyən HƏMAS-ın mövcudluğu ilə razılaşardınızmı? Düşünürəm ki, istənilən dünya lideri buna ‘Xeyr, mən buna imkan verməzdim’ cavabını verərdi. Bəs biz niyə bununla barışmalıyıq?” – deyə nazir bildirib.
Ben-Qvir İsrailin təhlükəsizlik məsələlərində sərt mövqe nümayiş etdirməsinin vacibliyini müdafiə edib.
17:48 27.10.2026
Oxunuş sayı: 48