İtaliyada həyəcan: Sursat istehsalı müəssisəsində partlayış baş verib
İtaliyanın paytaxtı Romanın yaxınlığında yerləşən sursat istehsalı müəssisəsində partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, ˝ANSA˝ agentliyinin məlumatına görə, hadisə əvvəllər Sammel Difesa zavodu kimi tanınan, hazırda isə KNDS Ammo Italy şirkətinə məxsus müəssisədə baş verib.
Partlayışdan sonra əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Hadisənin səbəbləri və mümkün itkilər barədə hələlik əlavə məlumat verilməyib.
19:40 13.08.2026
Oxunuş sayı: 41