Paşinyan: Ermənistan Aİ üzvlüyü ilə bağlı referendum keçirəcək
Ermənistan gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirəcək.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, referendum ölkənin Aİ-yə üzvlük üçün rəsmi müraciətindən sonra keçiriləcək.
Paşinyan qeyd edib ki, Ermənistan əvvəlcə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməlidir, bundan sonra referendumun keçirilməsi nəzərdə tutulur.
16:26 13.08.2026
Oxunuş sayı: 55