Zelenski: Raketlər üçün nəyisə dəyişməyə çalışıram
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Patriot raketlərinin alınması üçün hər gün çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “CNN”ə müsahibəsində məlumat verib.
O, raketlərin əldə olunması üçün müxtəlif addımlar atdığını və bəzi məsələləri açıqlaya bilmədiyini deyib. Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampdan şəxsən Patriot raketlərinin Ukraynaya verilməsini xahiş etdiyini bildirib.
14:18 13.08.2026
Oxunuş sayı: 62