Zelenski: Ukraynaya ABŞ-ın Patriot raketlərinin 10 faizi lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkəyə qışı keçirmək üçün ABŞ-in Patriot raket ehtiyatının 5 faizi, Rusiya ballistik raketlərindən səmanı tam qorumaq üçün isə 10 faizi lazımdır.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “CNN”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynanın əlində ABŞ-in Patriot raket ehtiyatının təxminən 1 faizi var.
11:39 13.08.2026
Oxunuş sayı: 42