Elm və təhsil

Hafiz Paşayev “Yüksəliş”müsabiqəsinin qalibləri ilə görüş keçirib

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Hafiz Paşayev qaliblərin gələcək fəaliyyət istiqamətləri və qarşıdakı hədəfləri ilə yaxından maraqlanıb. O, müsabiqə qalibləri arasında ADA Universitetinin məzunlarının da yer aldığını xüsusi qeyd edərək məmnunluğunu dilə gətirib.

H. Paşayev çıxışı zamanı bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkənin gələcək liderlərini müəyyənləşdirmək və onların şəxsi inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir.

Hafiz Paşayev həmçinin ADA Universitetinin gələcəyin peşəkar kadrlarının hazırlanması istiqamətində fəaliyyətindən bəhs edib, müsabiqə qaliblərinin akademik və peşəkar inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüş səmimi müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə yadda qalıb.

Qeyd edək ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev “Yüksəliş” müsabiqəsinin mentorlarından biridir. 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

11:19 16.12.2024

Oxunuş sayı: 5701

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR