Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Fevralın 28-də Şəki şəhərində Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında milli mədəniyyətin inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq, əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Əməkdar incəsənət xadimi, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimli imzalayıblar.
Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli və konstruktiv əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.
Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr qurduğu milli teatrların layihələrində yaxından iştirak edəcək, müxtəlif teatr festivalları və qarşılıqlı qastrol səfərlərində təmsil olunacaq.
Fatimə Məmmədova
12:28 01.03.2026
Oxunuş sayı: 401