İranda etirazçılar “Allaha qarşı düşmən” elan edilir
Ölkənin baş prokuroru Məhəmməd Mövahhədi Azad bildirib ki, bütün etirazçılar “mohareb” — yəni “Allaha qarşı düşmən” maddəsi ilə ittiham olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qanunvericiliyə görə, bu maddə ölüm hökmü nəzərdə tutur.
Ekspertlər bildirir ki, “mohareb” ittihamının kütləvi tətbiqi etirazların artıq tam hüquqi-repressiv mərhələyə keçdiyini və hakimiyyətin ən sərt ssenarini işə saldığını göstərir.
20:40 10.01.2026
Oxunuş sayı: 1798