“Gözəl və bədheybət” Akademik Milli Dram Teatrının səhnəsində
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Akademik Milli Dram Teatrında Madam Leprens de Bomonun “Gözəl və bədheybət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
“Gözəl və bədheybət” tamaşasında malikanədə yaşayan varlı tacir və onun üç qızından danışılır. Qızların hamısı gözəl idi, lakin ən kiçiyi bacılarından fərqli olaraq, mehriban və sədaqətli idi. Böyük bacıları isə acgöz və özləri haqqında düşünən insanlar idilər. Bir gün tacir dənizdə baş verən fırtına nəticəsində bütün sərvətini itirir.
Bir neçə ildən sonra tacir xəbər tutur ki, onun ticarət gəmilərindən biri geri qayıdıb. Səfərdən əvvəl isə hər bir qızından onlara hansı hədiyyəni gətirməsini istədiklərini soruşur. Böyük bacılar qiymətli zinət əşyaları və gözəl paltarlar istəyirlər, Gözəl isə yalnız bir gül – çünki onların yaşadığı yerdə bu çiçək bitmirdi.
Akademik Milli Dram Teatrı 27–31 dekabr 2025-ci il və 1–5 yanvar 2026-cı il tarixlərində sizi Yeni il şənliyinə və bayram tamaşasına dəvət edir.


Mehriban İbrahimli
23:47 30.12.2025
Oxunuş sayı: 2034