İlham Əliyev - Əsrin Lideri
II Dünya müharibəsindən sonra dünyanın siyasi və coğrafi xəritəsi yenidən hazırlandı. Yeni beynəlxalq münasibətlər sistemi, yeni nizam quruldu. Onlarla beynəlxalq təsisatlar, institutlar yaradıldı. Ancaq bütün bu tənzimləmələrə baxmayaraq münaqişə ocaqlarını, müharibə risklərini tam olaraq aradan qaldırmaq mümkün olmadı. Böyük dövlətlərin xüsusi xidmət orqanlarının qızışdırıcı həmlələri ilə bir çox ölkələr bir-birinə qarşı ərazi iddiası irəli sürdü, tarixi ədavətlər yenidən alovlandı, etnik qrupların müstəqilləşmə cəhdləri və s. istiqamətdə müxtəlif fikir ayrılıqları yarandı. Nəticədə bu durum dünya düzəninin qorunmasını nəinki çətinləşdirdi, ümumiyyətlə dövlətlər və xalqlar arasındakı münasibətləri mürəkkəb bir mərhələyə keçirdi. Bunun nəticəsində XX əsrin sonlarından başlayaraq dünya yeni münaqişələr, müharibələr meydanına çevrildi. Təəssüf ki, Cənubi Qafqaz o cümlədən Azərbaycan bu kataklizmlərdən kənarda qalmadı.
Ölkəmiz parçalanmaq, məhv edilmək təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin məqamda xalqın köməyinə çatan dahi Lider Ulu Öndər Heydər Əliyev Azərbaycanı xilas etdi.

2003-cü ildən Liderlik estafetini üzərinə götürən İlham Əliyev böyük səbr və uzaqgörənliklə Azərbaycan tarixini yenidən yazmağa başladı. Nəhayət 2020-ci ildən başlayaraq böyük İlham Əliyevin öndərliyi ilə Azərbaycanın son üç yüz illik tarixi dəyişdi. Böyük İlham Əliyev üzərinə götürdüyü bu tarixi missiya ilə Əsrin Liderinə çevrildi.
Dünyada son 100 ildə işğal altında olan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü tam təmin etmiş, ölkəsinin ərazisində mövcud olan separatçı rejimi bir nəfər dinc sakinə xəsarət yetirmədən ləğv etmiş, xalqına qarşı 30 ildə ağır cinayətlər törədən düşmənin rəhbər korpusunu xalqı qarşısında açıq ədalət məhkəməsinə cəlb etmiş tək Lider İlham Əliyevdir.
Bəlkə də bu uğurları hansısa bir Avropa ölkəsinin lideri kimi qazanmaq daha rahat ola bilərdi. Ölkəsinin yerləşdiyi mürəkkəb coğrafiyada bu cür tarixi nəaliyyətlər əldə edən Liderin böyüklüyünün miqyasını ifadə etmək üçün dünyanın heç bir dilində tammənalı söz yəqin ki, yoxdur.
Dünyada Azərbaycandan başqa belə bir ölkə yoxdur ki, eyni zamanda Rusiya və İranla quru sərhədlərinə malik olsun. Bu coğrafi faktın xüsusi ilə indiki geosiyasi vəziyyət nöqteyi-nəzərindən nə anlama gəldiyini dünya siyasətini izləyən adamlar çox yaxşı anlayırlar.
Belə bir coğrafiyada, bu iki dövlətin məsələyə məlum münasibəti fonunda müharibə aparmaq, qalib gəlmək, suverenliyini bərpa etmək və sülhə nail olmaq son illərdə çəkilmiş ən fantastik filmlərin ssenarisindən də qeyri real görünə bilərdi. Amma bu artıq realdır.
İlham Əliyevin yaratdığı reallıqdır!
İLHAM ƏLİYEV ƏSRİN LİDERİDİR!
Ölkəmizin müasir tarixinə daha geniş maştabda baxsaq sanki, iki təbii mərhələnin şahidi olmuş olarıq.
Birinci mərhələni - 1993-2023-ci illər aralığını Azərbaycanın xilası, dövlət quruculuğu, inkişaf və tarixin yenidən yazılması dövrü kimi adlandırsaq, İlham Əliyev Vətən müharibəsindəki qələbə və suverenliyin bərpası ilə bu tarixi mərhələni başa çatdırdı.
Bununla 2023-cü ildən başlayaraq müstəqillik tarixinin daha çətin, daha məsuliyyətli ikinci mərhələsi - Azərbaycan xalqının və dövlətçiliyinin bundan sonrakı üç yüz, beş yüz, bəlkə də min illik taleyinin müəyyən edilməsi mərhələsi başlamışdır.
Hazırda İlham Əliyev Allahın yardımı ilə Azərbaycanın bundan sonrakı xoşbəxt taleyinin yazılması uğrunda mübarizə aparır.
İlham Əliyev bir Azərbaycan sevdalısıdır!
Həyatını, ömrünü, sağlamlığını bu xalqın xoşbəxtliyinə, bu dövlətin güclənməsinə həsr etmiş Böyük Liderdir!
İlham Əliyev türk-islam aləminin dünyada qəbul olunan, tanınan və hörmət olunan brendidir!
İlham Əliyevin Böyüklüyü, onun türk dünyasının tarixində və taleyindəki yeri, rolu zaman bizdən uzaqlaşdıqca daha aydın görünəcək və dərk ediləcək.
Yer kürəsi, türk dünyası, Azərbaycan xalqı nə qədər var İlham Əliyev əzəmət və müdriklik rəmzi kimi daim yaşayacaqdır!
Miraj
14:08 24.12.2025
Oxunuş sayı: 8881