Türk dövlətləri arasında ticarət dövriyyəsində nəzərəçarpacaq artımlar müşahidə olunacaq- Müjdə
Türk Dövlətləri Təşkilatının (TDT) Bakıdakı 18-ci toplantısında çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi hazırda cəmi 70 milyard ABŞ dolları təşkil edir.
Məlum olduğu kimi, TDT-yə üzv dövlətlər arasında əməkdaşlıq günü-gündən güclənir. Bu özünü müxtəlif sahələrdə göstərir. Bəs qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün bundan sonra hansı addımlar atılmalıdır?
Bu barədə ReAl partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Crossmedia.az -a açıqlama verib:

“Türk dövlətləri arasında ticarət dövriyyəsinin artması üçün ilk növbədə logistika məsələlərinin həll olunması vacibdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət daşıyır. Dəhliz Türk dövlətləri birliyinə üzv ölkələr arasında birbaşa iqtisadi əlaqələrin qurulmasına və yükdaşımaların xeyli asanlaşmasına imkan yaradacaq".
Onun sözlərinə görə, logistika sisteminin çətin və baha olması ticarət dövriyyəsinə birbaşa mənfi təsir göstərir:
“Əsas məsələ qarşılıqlı investisiyaların və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır. Bu istiqamətdə artıq mühüm addımlar atılıb, o cümlədən Türk dövlətləri birliyinin investisiya bankı yaradılıb və müəyyən layihələr həyata keçirilir. Logistika məsələlərinin 2027–2028-ci illərdə tam həllini tapması ilə Türk dövlətləri arasında ticarət dövriyyəsində nəzərəçarpacaq artımlar müşahidə olunacaq".
Mehriban İbrahimli
23:13 05.11.2025
Oxunuş sayı: 1394