Hindistan Ermənistanı sürətlə silahlandırır

Ermənistan 2022-2024-cü illərdə idxal etdiyi silahların 43%-ni Hindistandan alıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvan son illər Yeni Dehlidən silah və texnika almaq üçün 600 milyon dollar xərcləyib.
Bundan belə nəticəyə gəlmək olar ki, Hindistan Cənubi Qafqazda Gərginliyi Artırır.
İkinci Qarabağ müharibəsindən sonra regionda sülh və sabitlik üçün səylər göstərilsə də, bəzi ölkələrin atdığı addımlar vəziyyəti daha da gərginləşdirir. Bu ölkələrdən biri də Hindistandır.
Son dövrlərdə Ermənistandakı revanşist qüvvələrə Hindistan istehsalı olan silahların satılması barədə məlumatlar bir neçə dəfə mediada yer alıb. Bu silah ticarəti regionda yeni silahlanma yarışına və hərbi balansın pozulmasına səbəb ola bilər.
Hindistanın bu addımı sülh prosesinə ciddi zərbə vurur və Cənubi Qafqazda yeni qarşıdurmalar riskini artırır.
Cross Media Təhlil Mərkəzi
16:01 08.05.2025
Oxunuş sayı: 815