Türkiyədə Novruz şənliyi keçirilib



Türkiyənin İstanbul şəhərində Azərbaycanlı həkimlərin Novruz şənliyi keçirilib. Tədbirin Müqəddəs Ramazan ayına təsadüf etməsi onu daha da önəmli edib. Bayram tədbriində Türkiyənin müxtəlif şəhərlərində çalışan 250-dən çox Azərbaycanlı həkim, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, İstanbul millət vəkili Şamil Ayrım, “Vefa İlaç” şirkətinin idarə heyyətinin sədri Xaləddin Quliyev, MHP İstanbul şəhər başkan yardımcısı Ahmet Atabəy və diger dövlət, hökümət nümayəndələri iştirak edib. Gecənin əlamətdar hadisələrindən biri də “Tüm Azərbaycanlı Həkimler Dərnəyi”nin (TAHD) təqdimatının olması olub. Tədbirin təşkilatçısı Günay Əliyeva idarə heyyətini tədbir iştirakçılarına təqdim etdi. Dərnəyin idarə heyyəti Vüqar Cəfər, Elvin Quliyev, Şirxan Əmikişiyev, Aytən Gülməmmədova, Şəmsiyyə Məmmədova və Amil Hüseynov qonaqları salamlayaraq dərnəyün mahiyyeti barədə məlumat verib. Eyni zamanda dərnəyin gələcək fəaliyyətində Türkiyədə çalışan həkimləri aktiv olmağa çağırıb. Qonaqlar da öz növbəsində dərnəyin fəaliyyətinə uğurlar arzu edərək, tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramı münasibətilə təbrik ediblər. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, TBMM vəkili Şamil Ayrım belə bir dərnəyin qurulmasının və fəaliyyətinin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi üçün vacib olduğunu vurğulayıb. Daha sonra Ansamblın üzvləri tədbirdə məşhur “Şuşanın dağları” Azərbaycan xalq mahnısını təqdim ediblər. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım və digər qonaqların həzin musiqi sədaları altında ifa olunan rəqsləri böyük coşqu ilə qarşılanıb.
Tədbirdə qonaq qismində iştirak edən Tural Xaspolad-a “Tüm Azərbaycanlı Həkimler Dərnəyi”nin (TAHD) idarə heyyəti adından dərnəyin fəxri üzvü döş nişanı təqdim edilib. Tədbir Azərbaycan milli musiqilərindən və rəqslərindən ibarət bədii proqramla davam edib.
Ayan Sədi
15:05 19.03.2025
Oxunuş sayı: 1078