Bakıda I Uşaq Teatr Festivalı davam edir

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Teatr Xadimləri İttifaqı və Emedia Group media təşkilatının təşkilatçılığı ilə keçirilən I Uşaq Teatr Festivalı öz silsilə tamaşa təqdimatları ilə davam edir.
Festival çərçivəsində Azərbaycan İncəsənət Məktəbinin "Səhnənin ulduzları" və "Şirinlər" komandaları uğurlu çıxış ediblər. Tamaşalar teatr sahəsinin tanınmış simalarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti:
Dağlar Yusif – teatrşünas
Gülzar İbrahimova – yazıçı, dramaturq
Pərvin Nurəliyeva – yazıçı, dramaturq
Xəyalə Məsimli – modelyer-dizayner
Nicat Rüstəmov – rejissor
Şamil İbrahimov – aktyor
Vahid Orucoğlu – aktyor
Festivalda müxtəlif uşaq və gənclər teatr kollektivləri səhnə aldı:
6 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi
7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi
İncəsənət Gimnaziyası
3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi
Ruhulla Axundov adına Mədəniyyət Evinin "Tumurcuq" kollektivi
Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəbin "Hop-hop" kollektivi
Azərbaycan İncəsənət Məktəbinin "Səhnənin ulduzları" və "Şirinlər" komandaları
10-17 mart tarixlərini əhatə edən festival uşaq və gənclərin teatr sənətinə marağını artırmaq, onların səhnə bacarıqlarını inkişaf etdirmək və teatr ənənələrini yeni nəsilə ötürmək məqsədini daşıyır.
Festival çərçivəsində müxtəlif maraqlı tamaşalar nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Ayan Sədi
09:26 17.03.2025
Oxunuş sayı: 1199