Bakı Kitab Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə musiqili poeziya gecəsi keçirilib

Bakı Kitab Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş musiqili poeziya gecəsi keçirilib. tədbirdə çıxış edən mərkəzin direktoru Günel Rzayeva bütün ölkə qadınlarını bayram münasibətilə təbrik edib.
Gecədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları – Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin solistləri, gənc pianoçular və vokalçılar çıxış ediblər.
Cahangir Cahangirov adına Xor kollektivi, əməkdar artist, pianoçu Nərgiz Əliyeva və pianoçu Vüsal Aydəmirov, beynəlxalq müsabiqələr laureatları da alqışlarla qarşılanıb.
Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Bədii qiraətçi Hüseynağa Aslanovun rəhbərliyi ilə keçirilən konsertə qadınlara ünvanlanan şeirlər də bəzək verib.
Gecənin sonunda təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş mahnı ifa olunub.
09:38 08.03.2025
Oxunuş sayı: 2695