"Sevil" operası nümayiş etdirilib




Fikrət
Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın Cəfər Cabbarlının
“Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş
etdirilib.
Tamaşada
Xalq artisti Azər Zeynalov(Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə
Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev(Əbdüləli bəy),
solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev(Atakişi), Fəhmin Əhmədli(Məmmədəli
bəy), Esmira Məmmədova(Tafta), Məhəbbət Səfərov(Azançı) çıxış ediblər.
Tamaşanın
dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf
Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət
xadimi Sevil Hacıyevadır.
13:02 07.03.2025
Oxunuş sayı: 3136