İran vətəndaşı da daxil olmaqla 8 nəfər saxlanılıb, 68 kq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi 68 kq narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb, İran vətəndaşı da daxil olmaqla 8 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar:
"Onlardan ümumilikdə 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
"Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir", - deyə məlumatda qeyd edilib.
16:37 03.10.2026
Oxunuş sayı: 48