Qlobal İnnovasiya İndeksində təzadlı rəqəmlər: Azərbaycan haradadır?
Xəbər verdiyimiz kimi Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı tərəfindən 29 sentyabrda elan olunmuş Azərbaycan Qlobal
İnnovasiya İndeksi 2026-da 139 iqtisadiyyat (ölkə) arasında 85-ci yeri tutub.
Ötən ilki 94-cü yerlə müqayisədə doqquz pillə yüksəliş ölkənin 2022-ci ildən bəri
ən yaxşı ümumi nəticəsidir. İndeks balı da 22,9-dan 25,8-ə yüksəlib.
Qlobal İnnovasiya İndeksinin (Qİİ)
2026-cı il məlumat bazası 139 iqtisadiyyatı əhatə edən 79 göstəricidən ibarətdir:
bunların 64-ü kəmiyyət məlumatları, 10-u kompozit indekslər, 5-i isə birbaşa
sorğu göstəriciləridir. Mənbələrə UNESCO, Beynəlxalq Telekommunikasiya
İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
kimi beynəlxalq təşkilatların statistik bazaları, eləcə də elmi nəşrlər,
patentlər, universitetlər, şirkətlər və investisiyalar haqqında ixtisaslaşmış məlumat
bazaları daxildir. Beş birbaşa sorğu göstəricisinin üçü Dünya İqtisadi
Forumunun biznes rəhbərləri arasında keçirdiyi sorğudan, ikisi isə Qlobal
Sahibkarlıq Monitorunun milli ekspert sorğusundan götürülür. Qısa desək, bütün
Qİİ hazırlanarkən əsasən 3 cür veriləndən istifadə olunur: 1. Sorğu nəticələri;
2) Statistik rəqəmlər; 3) Kompozit indekslər
Maraqlı məqam da elə burda ortaya çıxır.
Qİİ-də sorğu əsasında formalaşan 5 göstərci mövcuddur və bu 5 göstərcinin hər
biri üzrə Azərbaycan dünyanın ilk 11 ölkəsindən biridir (sahibkarlıq siyasəti və mədəniyyətində
2-ci, klasterlərin inkişafında 4-cü, siyasət sabitliyi və universitet–sənaye əməkdaşlığında
5-ci, startap maliyyələşməsində 11-ci). Lakin, həmin
sorğu göstəriciləri ilə əlaqəli statistik verilənlər fərqli mənzərə ortaya
qoyur.
|
Mövzu |
Sorğunun göstərdiyi mənzərə |
Statistik göstəricilərin göstərdiyi mənzərə |
Uyğunsuzluğun mənası |
|
Universitet–sənaye
əməkdaşlığı |
Tədqiqat əməkdaşlığı üzrə 5-ci yer — DİF
sorğusu, 2025 |
Dövlət tədqiqat sektoru ilə biznesin birgə
nəşrlərinin payı 1,01%, 84-cü yer — 2025 |
Əməkdaşlıq çox yüksək qiymətləndirilsə də,
onun birgə elmi nəşrlərdə görünən nəticəsi eyni səviyyədə deyil. |
|
Startap
maliyyələşməsi |
Maliyyəyə
çıxış üzrə 11-ci yer — QSM, məlumat ili 2024 |
İqtisadiyyatın
ölçüsünə nisbətdə cəlb edilmiş vençur kapitalı sövdələşmələrinin sayı üzrə 111-ci
yer; özəl sektora daxili kredit ÜDM-in 26,4%-i, 104-cü yer |
Maliyyə
imkanları haqqında müsbət ekspert qiyməti faktiki maliyyələşmə fəallığı ilə
tam uyğunlaşmır. |
|
Klasterlərin
inkişafı |
İnkişaf etmiş klasterlərin yayılması üzrə 4-cü
yer — DİF, 2025 |
Yüksək və orta-yüksək texnologiyalı istehsalın
emal sənayesində payı 14,63%, 76-cı yer; yüksək texnologiyalı
ixrac üzrə 121-ci yer |
Güclü klaster mühiti haqqında qiymətləndirmə
yüksək texnologiyalı istehsal və ixrac göstəricilərində eyni gücdə əks
olunmur. |
|
Sahibkarlıq
və siyasət mühiti |
Sahibkarlıq
siyasəti və mədəniyyəti üzrə 2-ci, biznes üçün siyasət sabitliyi üzrə 5-ci
yer |
Xalis
birbaşa xarici investisiya axınının ÜDM-ə nisbəti üzrə 132-ci yer;
yeni tədqiqat və yüksək texnologiya investisiya layihələri göstəricisində 92-ci
yer |
Çox
əlverişli qiymətləndirilən mühit investisiya göstəricilərində müqayisə olunan
üstünlüklə müşayiət olunmur. Bu, daha dolayı uyğunsuzluqdur. |
Universitet–sənaye
R&D əməkdaşlığı — ən təzadlı nümunə
|
Sorğunun
göstərdiyi mənzərə |
Statistik
göstəricilərin göstərdiyi mənzərə |
|
Tədqiqat
əməkdaşlığı üzrə 5-ci yer — DİF, 2025 (5,43/7; bal 72,23) |
Dövlət
tədqiqat sektoru ilə biznesin birgə nəşrlərinin payı 1,01% — 84-cü
yer (2025); universitetlərin sənaye və beynəlxalq əlaqələri — 104-cü
yer (2023) |
Ən təzadlı nümunələrdən biri universitet
sənaye əməkdaşlığı göstərcisinə nəzər saldıqda ortaya çıxır. Universitet–sənaye
tədqiqat əməkdaşlığı üzrə Azərbaycanın 5-ci yerdə olması biznes rəhbərlərinin
bu əməkdaşlığa verdiyi yüksək qiyməti əks etdirirŞ. Dünya İqtisadi Forumunun sorğusunda orta
cavab 7 üzərindən 5,43 baldır. Lakin əməkdaşlığın ölçülə bilən nəticələri daha
zəif mənzərə yaradır: dövlət tədqiqat sektoru ilə biznesin birgə nəşrləri bütün
tədqiqat nəşrlərinin yalnız 1,01%-ni təşkil edir və Azərbaycan bu göstəricidə
84-cü yerdədir; universitetlərin sənaye və beynəlxalq əlaqələrini birləşdirən
göstəricidə isə 104-cü yerdə qərarlaşır.
Startap
maliyyələşməsi — güclü, lakin əhatəsi fərqli fərq
|
Sorğunun
göstərdiyi mənzərə |
Statistik
göstəricilərin göstərdiyi mənzərə |
|
Maliyyəyə
çıxış üzrə 11-ci yer — QSM, 5 illik orta, məlumat ili 2024 |
İqtisadiyyatın
ölçüsünə nisbətdə cəlb edilmiş vençur kapitalı sövdələşmələri — 111-ci
yer; son mərhələ vençur sövdələşmələrinin qlobal payı 0,0038% — 90-cı
yer; vençur investorları — 81-ci yer (2023–2025 orta);
özəl sektora daxili kredit ÜDM-in 26,4%-i — 104-cü
yer (2024); |
Qlobal Sahibkarlıq Monitoru (sorğunun mənbəyi) ekspertlərinin qiymətləndirməsində
Azərbaycan startapların və böyüyən şirkətlərin maliyyələşmə imkanlarına görə
11-ci yerdədir. Bu, ekspertlərin ölkədə həmin müəssisələr üçün maliyyə
imkanlarını əlverişli hesab etdiyini göstərir. Lakin faktiki maliyyə fəaliyyətini
ölçən göstəricilər daha zəif mənzərə yaradır: Azərbaycan iqtisadiyyatın ölçüsünə
nisbətdə cəlb edilmiş vençur kapitalı — yəni sürətli böyümə potensialı olan
şirkətlərə qoyulan riskli investisiya — sövdələşmələrinin sayına görə 111-ci,
daha yetkin inkişaf mərhələsindəki şirkətlərə yönələn vençur sövdələşmələrinin
qlobal payına görə 90-cı, vençur investorlarının fəaliyyəti üzrə isə 81-ci yerdədir.
Özəl sektora verilən daxili kreditlərin ÜDM-in 26,4%-ni təşkil etməsi və bu
göstəricidə 104-cü yer də maliyyələşmənin məhdudluğuna işarə edir.
Klasterlərin
inkişafı — ehtiyatla şərh olunmalı fərq
|
Sorğunun
göstərdiyi mənzərə |
Statistik
göstəricilərin göstərdiyi mənzərə |
|
İnkişaf etmiş
klasterlərin yayılması üzrə 4-cü yer — DİF 2025 (5,26/7; bal
94,87) |
Yüksək və
orta-yüksək texnologiyalı istehsalın emal sənayesində payı 14,63% — 76-cı
yer (2023); yüksək texnologiyalı ixracın ümumi ixracda payı 0,12% — 121-ci
yer (2024) |
Dünya İqtisadi Forumunun biznes rəhbərləri
arasında keçirdiyi sorğuda Azərbaycan inkişaf etmiş klasterlərin yayılması üzrə
4-cü yerdədir: respondentlər ölkədə klasterlərin mövcudluğunu 7 üzərindən 5,26
balla qiymətləndiriblər. Klaster dedikdə müəyyən sahədə fəaliyyət göstərən müəssisələrin,
təchizatçıların, xidmət təşkilatlarının və ixtisaslaşmış qurumların coğrafi
yaxınlıqda yerləşərək bir-birini tamamlaması nəzərdə tutulur. Lakin istehsal və
ticarət göstəriciləri bu yüksək qiymətləndirməyə uyğun güclü texnoloji nəticələr
göstərmir: yüksək və orta-yüksək texnologiyalı istehsalın emal sənayesində payı
14,63%-dir və Azərbaycan bu göstəricidə 76-cı yerdədir; yüksək texnologiyalı
ixracın ümumi ticarətdə payı isə təxminən
0,12% olmaqla ölkəni 121-ci yerə yerləşdirir.
Sahibkarlıq və siyasət mühiti — dolayı uyğunsuzluq
|
Sorğunun
göstərdiyi mənzərə |
Statistik
göstəricilərin göstərdiyi mənzərə |
|
Sahibkarlıq siyasəti və
mədəniyyəti üzrə 2-ci yer (QSM, 2024), biznes üçün siyasət
sabitliyi üzrə 5-ci yer (DİF, 2025) |
Xalis birbaşa xarici
investisiya axınının ÜDM-ə nisbəti — 132-ci yer (−1,67%; son
üç ilin ortası); yeni tədqiqat və yüksək texnologiya investisiya layihələri
göstəricisi — 92-ci yer (2025) |
QSM ekspertlərinin
qiymətləndirməsində Azərbaycan sahibkarlıq siyasəti və mədəniyyəti üzrə 2-ci,
Dünya İqtisadi Forumunun biznes rəhbərləri sorğusunda isə biznes üçün siyasət
sabitliyi üzrə 5-ci yerdədir. Bu nəticələr respondentlərin sahibkarlığa dəstəyi
və siyasət mühitinin sabitliyini yüksək qiymətləndirdiyini göstərir. Lakin
həmin üstünlük xarici investisiya göstəricilərində eyni səviyyədə görünmür:
xalis birbaşa xarici investisiya daxilolmalarının ÜDM-ə nisbəti son üç ilin
ortası üzrə −1,67%-dir və Azərbaycan 132-ci yerdədir; yeni tədqiqat və yüksək
texnologiyalı xarici investisiya layihələrinin elanlarına əsaslanan göstəricidə
isə 92-ci yerdədir.
Görünən nəticə ondan ibarətdir ki,
Qlobal İnnovasiya İndeksində sorğular əsasındakı göstəricilər kifayət qədər yüksəkdir.
Qİİ
2026-da birbaşa “sorğu” kimi təsnif edilən beş göstərici var. Onların üçü Dünya
İqtisadi Forumunun, ikisi isə Qlobal Sahibkarlıq Monitorunun sorğusundan
götürülür. Sorğuların küçirilməsində Azərbaycan üzrə DİF-in yerli tərəfdaşı
Azərbaycan Dövlət İqtisad
Universitetidir. QSM sorğularında isə KOBİA-nın təşkilati rolu təsdiqlənir.
|
Qİİ göstəricisi |
Beynəlxalq sorğu və təşkilatçı |
Azərbaycanda təsdiqlənən yerli qurum |
Azərbaycanın məlumat ili / yeri |
|
1.3.1.
Biznes fəaliyyəti üçün siyasət sabitliyi |
WEF — Executive Opinion Survey (EOS);
biznes rəhbərlərinin rəyləri |
UNEC — Azərbaycan Dövlət İqtisad Universiteti,
WEF-in yerli tərəfdaşı |
2025 / 5-ci |
|
1.3.2.
Sahibkarlıq siyasəti və mədəniyyəti |
GEM
— National Expert Survey (NES); milli ekspert sorğusu |
KOBİA-nın
rəhbərlik etdiyi işçi qrup |
2024
/ 2-ci |
|
4.1.1.
Startapların və böyüyən müəssisələrin maliyyələşməsi |
GEM — NES, maliyyələşmə bölməsi |
Azərbaycanın GEM NES ölkə komandası; bu
göstərici üzrə konkret yerli icraçı ayrıca təsdiqlənməyib |
2024 / 11-ci |
|
5.2.2.
Universitet–sənaye tədqiqat və inkişaf əməkdaşlığı |
WEF
— EOS;
biznes rəhbərlərinin rəyləri |
UNEC,
WEF-in yerli tərəfdaşı |
2025
/ 5-ci |
|
5.2.4.
Klasterlərin inkişaf səviyyəsi |
WEF — EOS; biznes rəhbərlərinin
rəyləri |
UNEC, WEF-in yerli tərəfdaşı |
2025 / 4-cü |
Daha mühüm tapıntı bundan ibarətdir ki, sorğular bəzi altbölmələrin
yekun balını əsasən tək başına müəyyənləşdirir. Azərbaycan üçün
dərc olunmuş normallaşdırılmış ballar arifmetik olaraq ayrıldıqda aşağıdakı
mənzərə yaranır:
|
Altbölmə |
Sorğu göstəricilərinin
balları |
Digər mövcud
göstəricilərin balları |
Yekun bal |
Sorğuların
hesablanmış töhfəsi |
|
Kredit (33-cü yer) |
Startap maliyyələşməsi: 80,91 |
Özəl sektora kredit: 8,87; mikromaliyyə üzrə məlumat yoxdur |
44,89 |
90,1% |
|
İnnovasiya
əlaqələri (41-ci yer) |
Universitet–sənaye: 72,23; klasterlər: 94,87 |
Birgə nəşrlər: 11,22; univ. əlaqələr: 4,35; patent ailələri: 0,11 |
36,56 |
91,4% |
Buradakı 90,1% və 91,4% metodologiyada
sorğulara verilmiş çəkilər deyil — mövcud ballar əsasında hesablanan
töhfələrdir: sorğu balları yüksək, digər ballar aşağı olduğundan yekun balın
böyük hissəsi sorğulardan gəlir. «İnnovasiya əlaqələri»ndə beş göstəricidən
yalnız ikisi sorğudur, lakin 36,56 balın təxminən 33,42 balı həmin
iki göstəricinin hesabına formalaşır.
Digər məsələ ondan ibarətdir ki, əvvəl
müzakirə etdiyimiz beş sorğu göstəricisindən əlavə, Azərbaycan yalnız bir fərdi
göstəricidə ilk 20-likdədir: orta təhsil pilləsində şagird–müəllim nisbəti üzrə
— 20-ci yer.
Bu təzad təkcə Azərbaycana xas deyil.
İndoneziya, Özbəkistan, İordaniya, Albaniya və Səudiyyə Ərəbistanında da oxşar
fərqlər görünür. Bununla belə, Azərbaycanın bir neçə əlaqəli göstəricidə eyni
vaxtda böyük fərqlərlə seçilməsi diqqətəlayiqdir. Məsələn, Universitet–sənaye əməkdaşlığında
İndoneziya sorğuda dünyada ilk onluğa daxil olsa da, birgə nəşrlər üzrə mövqe
109-cudur.
|
İqtisadiyyat |
Universitet–sənaye əməkdaşlığı — sorğu |
Dövlət tədqiqat sektoru ilə biznesin birgə nəşrləri — statistika |
|
İndoneziya |
10 |
109 |
|
İordaniya |
36 |
131 |
|
Azərbaycan |
5 |
84 |
|
Albaniya |
37 |
113 |
|
Oman |
26 |
99 |
|
Səudiyyə
Ərəbistanı |
38 |
105 |
|
Malayziya |
19 |
79 |
11:30 01.10.2026
Oxunuş sayı: 58